Valyuta məzənnəsi

Parlamentdə “Media haqqında” qanun layihəsi ilə bağlı daha bir dinləmə keçiriləcək

Tarix:20-12-2021, 20:23

Parlamentdə “Media haqqında” qanun layihəsi ilə bağlı daha bir dinləmə keçiriləcək

“Bizim yenə də “Media haqqında” qanun layihəsi ilə bağlı böyük dinləməmiz keçirilməlidir”.

YeniAN.az APA-nın məlumatına istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun da dinləmədə iştirakını zəruri sayan spiker bildirib ki, 2 böyük dinləmə və komitələrin birgə keçirdiyi dinləmələr kimi yeni dinləmədə də istəyən hər kəsin iştirakı təmin edilməlidir: “Keçən dəfə dinləməni onlayn keçirməyə məcbur olduq. Bu PSR testlərlə bağlı idi. Ancaq növbəti dinləmənin canlı keçirilməsinə çalışacağıq”.

YeniAN.az

Oxunub: 153



XƏBƏR LENTİ