Valyuta məzənnəsi

“N” hərbi hissəsində Silah təmiri sexi fəaliyyətə başlayıb - VİDEO

Tarix:6-07-2022, 14:47

“N” hərbi hissəsində Silah təmiri sexi fəaliyyətə başlayıb - VİDEO

Müdafiə nazirinin müvafiq əmrinə əsasən “Bakı Qaz Tikinti Detal” zavodunun bazasında yaradılan “N” hərbi hissəsi Azərbaycan Ordusunda mövcud tank və zirehli avtomobil texnikasının, raket-artilleriya silahlarının müharibə və sülh şəraitində əsaslı təmiri üzrə ixtisaslaşdırılıb.

Müdafiə Nazirliyindən YeniAN.az-a verilən məlumata görə, təmir zamanı texnoloji ardıcıllığa riayət olunur, texnikanın mühərrikinə, hərəkət hissəsinə, rabitə avadanlıqlarına və silahlarına tələb olunan qaydada zəmanət verilir.

“N” hərbi hissəsinin tərkibində fəaliyyət göstərən və yeni istifadəyə verilən Silah təmiri sexində əsasən raket-artilleriya silahlarının, onların avadanlıqlarının, geri təpmə qurğusunun və digər hissələrinin təmiri təmir texnologiyasına uyğun həyata keçirilir.

Sexdə təmir olunan bütün silahlar təmirdən sonra poliqon sınaqlarında atışla yoxlanılır.

Qeyd edək ki, yeni təmir sexi istifadəyə verilən hərbi hissə 1992-ci ildən fəaliyyət göstərir.

“N” hərbi hissəsində Silah təmiri sexi fəaliyyətə başlayıb - VİDEO
“N” hərbi hissəsində Silah təmiri sexi fəaliyyətə başlayıb - VİDEO
“N” hərbi hissəsində Silah təmiri sexi fəaliyyətə başlayıb - VİDEO
“N” hərbi hissəsində Silah təmiri sexi fəaliyyətə başlayıb - VİDEO
“N” hərbi hissəsində Silah təmiri sexi fəaliyyətə başlayıb - VİDEO



YeniAN.az

Oxunub: 120



XƏBƏR LENTİ