Valyuta məzənnəsi

Silah və hərbi texnika yay mövsümündə istismar rejiminə keçirilir - VİDEO

Tarix:11-05-2022, 14:00

Silah və hərbi texnika yay mövsümündə istismar rejiminə keçirilir - VİDEO

2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın istismarının yay mövsümünə keçirilməsi prosesi aparılır.

Müdafiə Nazirliyindən YeniAN.az-a verilən məlumata görə, hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində döyüş və xüsusi texnikanın yanacaq-sürtkü materiallarının dəyişdirilməsi, həmçinin onlara planlı şəkildə mövsümi qulluq göstərilməsi həyata keçirilir.

Silah və texnikanın yay dövründə fasiləsiz və dayanıqlı istismara hazırlığı hərbi hissələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılmasına xidmət edir.

Silah və hərbi texnika yay mövsümündə istismar rejiminə keçirilir - VİDEO
Silah və hərbi texnika yay mövsümündə istismar rejiminə keçirilir - VİDEO



YeniAN.az

Oxunub: 166



XƏBƏR LENTİ