Valyuta məzənnəsi

68 bələdiyyə sədri inzibati məsuliyyətə-CƏLB EDİLİB…

Tarix:15-02-2023, 17:49

2022-ci ildə bələdiyyə aktlarının göndərilməsi ilə bağlı müddət pozuntusu halları azalıb.

YeniAN.az xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik (2022-ci il üzrə) məruzə”də bildirilib.

Qeyd olunub ki, il ərzində İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsinə əsasən bələdiyyələrin 74 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol (2021-ci ildə 90 protokol) tərtib edilərək məhkəmələrə göndərilib. Həmin protokollar üzrə 68 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 6 protokol isə baxılmaqdadır.

2022-ci ildə inzibati nəzarət zamanı aşkar olunan xarakterik qanun pozuntuları, onları doğuran səbəb-şərait və digər aktual məsələlər əsas götürülməklə bələdiyyələrə metodoloji yardımın əsas istiqamətləri, üsul və vasitələri müəyyənləşdirilib.

Oxunub: 74