Valyuta məzənnəsi

Keniyanın Baş prokuroru Ağdama səfər edib

Tarix:22-02-2024, 16:18

Keniyanın Baş prokuroru Ağdama səfər edib

Baş prokuror Kamran Əliyevin dəvəti ilə Keniya Respublikasının Baş prokuroru Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAN.az -a verilən xəbərə görə,

Nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş Ağdam şəhərində səfərdə olub.

Birinci Qarabağ müharibəsi dövründə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anaraq, xatirə abidəsi önünə gül dəstələri düzüblər.

Qonaqlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev fondunun Prezidenti, ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi və diqqəti ilə aparılan genişmiqyaslı bərpa quruculuq işlərinin onlarda böyük təəssürat yaratdığını vuğulayıblar.

Nümayəndə heyəti Qarabağ xanı Pənahəli xanın sarayı və ailə üzvlərinin məzarının yerləşdiyi İmarət kompleksində, Cümə Məscidi və Ağdam Dövlət dram teatrında aparılan quruculuq bərpa işləri ilə tanış olublar.

Keniyalı prokurorlar yol boyu yaşayış məntəqələri və tarixi-mədəni abidələrdə erməni vandalizminin izlərinin şahidi olub.

Səfər çərçivəsində nümayəndə heyəti Bərdə rayon prokurorluğunun fəaliyyəti ilə tanış olub.

Keniyanın Baş prokuroru Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizdə səfəri davam edir.

Keniyanın Baş prokuroru Ağdama səfər edibKeniyanın Baş prokuroru Ağdama səfər edibKeniyanın Baş prokuroru Ağdama səfər edib

Oxunub: 227



XƏBƏR LENTİ
Şuşanın təbiəti sakinlərin 30 illik ayrılıqdan sonra öz evlərinə qayıtmasına sevinir HİKMƏT HACIYEV
ANAMA Kəlbəcərdəki mina partlayışından sonra əhaliyə növbəti çağırış edib
Bakıda 75 yaşlı kişi qətlə yetirildi: Şübhəli şəxs saxlanıldı
"Kliniki ölüm keçirtdim" - Natavan Həbibi
“Microsoft”a görə ABŞ-də ləğv edilən uçuşların sayı 2,3 mini keçdi
Azərbaycan nefti ucuzlaşıb
Prezident İlham Əliyevin ll Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü canlı yayımlanacaq
Xankəndiyə marşrut xətti açılır - RƏSMİ
FTX Yessentukidə terror aktının qarşısını alıb
Hərbi xidmətdən yayınmaq istəyənlər üçün PİS XƏBƏR - Artıq mümkün olmayacaq...
Ermənistanda təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb
Berlin hava limanında uçuşlar dayandırılıb
Dünyada kütləvi nasazlıq yaşanır: Hava yolları və bankların işində problem
Çimərliyə gedənlərin NƏZƏRİNƏ! - Bu şəxslər 1 000 manat CƏRİMƏ OLUNACAQ
İlham Əliyev Oksfordda Litva Prezidenti Gitanas Nauseda ilə görüşüb
lham Əliyev Oksfordda Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşüb
İlham Əliyev Oksfordda Çexiyanın Baş naziri Petr Fiala ilə görüşüb
İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib
İlham Əliyev Bakıda əsaslı şəkildə yenidən qurulan Nərimanov parkının açılışında iştirak edib