Valyuta məzənnəsi

Bu ilin ikinci Günəş tutulması başlayıb

Tarix:22-09-2025, 08:31

bu-ilin-ikinci-gunes-tutulmasi-baslayib

Sentyabrın 21-də saat 21:29-da ilin ikinci Günəş tutulması başlayıb. 

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından "Qafqazinfo”ya verilən məlumata görə, bu, qismən Günəş tutulmasıdır.

Tutulma hadisəsi sentyabrın 22-si saat 01:53-də sona çatacaq. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43-də olacaq.

Tutulma hadisəsi Sakit okean, Yeni Zelandiya və Antarktidada görünəcək, lakin Azərbaycan ərazisindən müşahidə olunmayacaq.

Oxunub: 31



XƏBƏR LENTİ