Valyuta məzənnəsi

Yurdumuza Bahar gəlib

Tarix:20-03-2020, 16:07

Yurdumuza Bahar gəlib

Azərbaycana bahar gəlib.

N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından YeniAN.info-ya verilən xəbərə görə, bahar Azərbaycana martın 20-si saat 07:49:36-də daxil olub.

Beləliklə də, gecə ilə gündüz bərabərləşib.

Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçib və həmin andan Şimal yarım kürəsində yaz fəsli başlayıb.

Eyni zamanda, Azərbaycanda bu gün Novruz bayramı qeyd edilir.

Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası “Yeni gün”dür.

Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər.

Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı, Azərbaycan türkləri də baharın – yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.

2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.

Azərbaycanda da bu bayram böyük təntənə ilə qeyd olunur.

YeniAN.info

Yurdumuza Bahar gəlib

Oxunub: 294



XƏBƏR LENTİ