Valyuta məzənnəsi

Prezident və xanımı Pənahovanın vida mərasimi ilə bağlı TAPŞIRIQ VERDİ

Tarix:9-11-2018, 13:22

Prezident və xanımı Pənahovanın vida mərasimi ilə bağlı TAPŞIRIQ VERDİ

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında müasir Azərbaycan teatrı və kino sənətinin tanınmış nümayəndəsi, xalq artisti Amaliya Pənahova ilə vida mərasimi başa çatıb.

obyektivxeber.info xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, tanınmış mədəniyyət və incəsənət xadimləri, rəsmi şəxslər iştirak ediblər.

Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycan mədəniyyətinə ağır itki üz verib: "Amaliya Pənahova Azərbaycan teatrı üçün bəlkə də əvəzolunmaz şəxslərdən biridir. Bu hadisəyə cəmiyyətimiz tərəfindən olan reaksiya bir daha onu göstərir ki, teatr sənəti çox vacib bir sənətdir. Teatr Azərbaycan xalqının ayrılmaz bir hissəsidir. Amaliya Pənahova əvəz olunmaz şəxsiyyətlərdən biridir. Dünən xəbəri eşidən kimi, hörmətli prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva başsağlığı verərək, bildirdi ki, vida mərasimi yüksək səviyyədə keçirilsin".

A.Pənahovanın cənazəsi vəsiyyətinə əsasən həyat yoldaşı, xalq artisti Yusif Muxtarovun yanında dəfn olunması üçün "Qurd qapısı” qəbiristanlığına aparılıb.

Qeyd edək ki, A.Pənahova ötən gün xərçəng xəstəliyindən 73 yaşında vəfat edib.

Xatırladaq ki, Amaliya Pənahova 1945-ci il iyunun 15-də Gəncə şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1962-1966-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində ali təhsil alıb. 1964-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul edilən Amalya Pənahova burada 1992-ci ilədək səhnə fəaliyyətini davam etdirib. O, 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaratmış və ömrünün sonunadək həmin teatra rəhbərlik edib. O, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmiş, ikinci çağırış Milli Məclisinə deputat seçilib. "Şöhrət” və "Şərəf” ordenləri və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

11:11

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında müasir Azərbaycan teatrı və kino sənətinin tanınmış nümayəndəsi, xalq artisti Amaliya Pənahova ilə vida mərasimi başlayıb.

obyektivxeber.info xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, tanınmış mədəniyyət və incəsənət nümayəndələri, rəsmi şəxslər iştirak edirlər.

Məlumat üçün bildirək ki, A.Pənahova vəsiyyətinə əsasən həyat yoldaşı, xalq artisti Yusif Muxtarovun yanında,"Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.

Xatırladaq ki, xalq artisti ötən gün xərçəng xəstəliyindən 73 yaşında vəfat edib.

Oxunub: 363



XƏBƏR LENTİ