Müğənni Rəvan Qarayev yeni sevgili tapıb.
Obyektivxeber.info-ın məlumatına görə, bu haqda ifaçı "Hər şey daxil" verilişində deyib.
Rəvan proqramın aparıcısı Tarix Əliyevin (Tolik) "Sevgililər günündə kimə gül alıb apardın? Yalan danışma, sevgilin yoxdur? Dost başqa, kiminləsə bir evdə qalmaq ayrı" sözlərinə belə cavab verib:
"Həyatımda biri var".
Tolik "Bir il deyil boşanıb, bunun ürəyi yataqxanadır" deyərək, ifaçını qınayıb.
Qeyd edək ki, Rəvan ikinci həyat yoldaşı Günaydan 2017-ci ildə ayrılıb. İfaçının ilk evliliyindən 1, ikincidən də 1 qız övladı var. Müğənni boşanandan sonra daha heç vaxt evlənməyəcəyini söyləmişdi.
Oxunub: 331