Valyuta məzənnəsi

İlkin Həsəni ilə komandasını Zərdab və Balakənə buraxmadılar

Tarix:20-02-2019, 13:53

İlkin Həsəni ilə komandasını Zərdab və Balakənə buraxmadılar
ATV-də yayımlanan “Buğlama” serialının çəkiliş komandası problemlə üzləşib.

Obyektivxeber.info xəbər verir ki, serialın çəkilişləri üçün Zərdab və Balakən rayonlarında çəkilişə icazə verilməyib.

Bu barədə İlkin Həsəni İnstaqram “Live”da məlumat verib.

O bildirib ki, hər iki rayonda komandaya müxtəlif bəhanələr gətirərək, onları yola veriblər.

“Biz adətən harasa qonaq gedəndə ev sahibinə deyirik. Amma bizi Zərdab və Balakəndə yola verdilər. Ona görə də orada çəkilişimiz olmayıb” deyə, İlkin söyləyib.

Qeyd edək ki, “Buğlama” serialında baş rolları İlkin Misgərli və Nicat Rəhimov canlandırır.
Oxunub: 328



XƏBƏR LENTİ