Valyuta məzənnəsi

Avtobus yük maşını ilə toqquşub, 24 nəfər ölüb - Boliviyada

Tarix:19-02-2019, 13:54

Avtobus yük maşını ilə toqquşub, 24 nəfər ölüb - Boliviyada
Bazar ertəsi Boliviyanın qərbində avtobus ilə yük maşınının toqquşması nəticəsində azı 24 nəfər ölüb, daha 16 nəfər yaralanıb.

Obyektivxeber.info TASS-a istinadən xəbər verir ki, bu barədə EFE nəşri məlumat yayıb.

Yaralılar Oruro şəhər xəstəxanalarına çatdırılıb. Onlardan bəziləri ağır vəziyyətdədir.

İlkin məlumatlara görə, avtoqəza hava şəraitinin pis olması səbəbindən baş verib. Qəzanın olduğu ərazidə güclü yağış yağıb.
Oxunub: 255



XƏBƏR LENTİ