Valyuta məzənnəsi

“Hacı Zeynalabdinin heykəli ucaldılsın” - Bəhram Bağırzadədən Prezidentə təklif

Tarix:2-03-2019, 15:11

“Hacı Zeynalabdinin heykəli ucaldılsın” - Bəhram Bağırzadədən Prezidentə təklif
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşdə incəsənət və mədəniyyət nümayəndələri çıxış edib.

Obyektivxeber.info xəbər verir ki, maraqlı təkliflə çıxış edənlərdən biri də aktyor Bəhram Bağırzadə olub.

“Bu gün problemlər haqqında danışmaq istəmirəm. İnstaqram və “Facebook” səhifələrimdə yarım milyona qədər izləyicim var. Onlar mənə sual verəcəklər ki, Allah-Təala sənə fürsət yaratdı, bu xahişi etmədin. Çox istəyərdim ki, Bakı şəhərində Hacı Zeynalabdin Tağıyevin heykəli ucaldılsın. Bunu nəinki mən, bunu milyonlarla insan istəyir. Çünki onun Azərbaycanda, Bakıda çox böyük işləri olub. İnanın mənə ki, 10 milyonluq xalq həmişə dua edəcək. Sizə, əgər bu yaxınlarda Hacı Zeynalabdin Tağıyevin heykəli ucalsa. Kukla Teatrının önündə bir bağ var, onu orada faytonda görürəm, Hacı Zeynalabdin Tağıyev faytonda oturub və Siz hər dəfə səhərlər işə gedəndə görəcəksiniz və sevinəcəksiniz ki, məhz Sizin vaxtınızda o heykəl ucaldı” deyə, aktyor bildirib.

İlham Əliyev isə onun təklifini yüksək dəyərləndirib və bununla bağlı göstəriş verəcəyini deyib.
Oxunub: 232



XƏBƏR LENTİ