Türkiyəli müğənni Aleyna Tilki Bakıya gəlir.
Obyektivxeber.info xəbər verir ki, sənətçi Novruz bayramı ilə əlaqədər martın 23-də Qoşa qala meydanında konsert proqramı ilə çıxış edəcək.
Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsindən məlumat verilib.
Bildirilir ki, konsert 20-26 mart tarixlərində də keçirilən ənənəvi “Bahar qalası” festivalı çərçivəsində baş tutacaq.
Qeyd edək ki, bu, müğənninin Bakıya ikinci gəlişidir. O, daha öncə 2017-ci ildə “Ən yeni il” adlı konsertdə paytaxtımıza təşrif buyurmuşdu.
Oxunub: 324