Dünya şöhrətli ifaçı Riki Martin Yeni Zelandiyanın Kraystçerç şəhərində məscidlərə silahlı hücum nəticəsində törədilmiş, çoxsaylı insan tələfatı ilə nəticələnmiş terror aktı barədə açıqlama verib.
Obyektivxeber.info xəbər verir ki, o, dünya mətbuatında 49 insanın ölümünə səbəb olmuş şəxsin “terrorçu” adlandırılmamasını qınayıb və sözlərini belə ifadə edib:
“Bir nəfər namaz qılan 40-dan çox insanı qətlə yetirib və 20 nəfəri yaralayıb. Beynəlxalq mətbuat onu təcavüzkar və ya radikal adlandırır, lakin heç kəs ona terrorist demir. Niyə? Çünki o, müsəlman deyil”.Qeyd edək ki, 28 yaşlı Brenson Tarrans iki məscidə 5 silahla hücum edib. Həmin silahların üzərində müxtəlif dövrlərdə müsəlmanları qətlə yetirən şəxslərin adları yazılıb.
Oxunub: 298