Valyuta məzənnəsi

Müsəlmanları təhqir edən senator “cəzasını aldı” - VİDEO

Tarix:16-03-2019, 15:54

Müsəlmanları təhqir edən senator “cəzasını aldı” - VİDEO
Avstraliyada Qvinslend ştatının senatoru Freyzer Enninq Yeni Zelandiya terror aktı ilə bağlı qalmaqallı bəyanatından sonra “yumurta hücumu”na məruz qalıb.

Bu haqda ABC məlumat yayıb.

Kadrlarda 17 yaşlı yeniyetmənin xəlvətcə yaxınlaşaraq yumurtanı F.Enninqin başına çırpdığını görmək olur. Yeniyetmə həmin anı digər əlində tutduğu mobil telefonu ilə çəkib. Senator buna çevik reaksiya verib və yeniyetməyə şapalaq vurub.

Yeniyetməni sonradan yaxalayıb, ərazidən kənarlaşdırıblar.

Bundan əvvəl senator Yeni Zelandiyadakı terror aktına ölkənin immiqrasiya proqramının səbəb olduğunu bildirmişdi.

Xatırladaq ki, martın 15-də Yeni Zelandiyanın Kraystçörç şəhərində iki məsciddə terror aktı törədilib. Terrorçular avtomat silahlarla namaza toplaşmış müsəlmanlara atəş açıb. Hadisə nəticəsində 49 nəfər həlak olub, onlarla insan yaralanıb.
Oxunub: 262



XƏBƏR LENTİ