Valyuta məzənnəsi

“Mənfi rəylərə fikir vermirəm” - Çingiz Mustafayev

Tarix:16-03-2019, 15:46

“Mənfi rəylərə fikir vermirəm” - Çingiz Mustafayev
“Xoşbəxt olmayan, problemi olan insanlar var, neqativi başqalarına ötürmək istəyirlər. Mən isə mənfi rəylərə fikir vermirəm”.

Obyektivxeber.info xəbər verir ki, bu sözləri İTV-də “Dikdaban” proqramının qonağı olan “Eurovision 2019” təmsilçimiz Çingiz Mustafayev deyib.

Müğənni “Truth” mahnısına və klipinə gələn rəylərdən danışaraq, həmvətənlərimizdən dəstək istəyib:

“Vətən oğlu kimi demək istəyirəm ki, dəstəyinizə ehtiyacım var. Dua etsələr, pozitiv enerjisini göndərsələr, mənə dəstək olarlar. Uğursuzluğumuzu istəyənlər çoxdur. Bir olaq, pozitiv olaq”.

Qeyd edək ki, ifaçı Təl-Əvivin “Ekspo” Mərkəzində keçiriləcək müsabiqədə 16 mayda keçiriləcək ikinci yarımfınalın ikinci hissəsində səhnəyə çıxacaq.
Oxunub: 240



XƏBƏR LENTİ