Bu ilin sentyabrında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə XXIV Ümumdünya energetika konqresi keçiriləcək. Bu təbdir Körfəz ölkələrində ilk dəfə baş tutacaq.
AZƏRTAC xəbər verir ki, sentyabrın 9–12-də keçiriləcək Dünya Energetika Şurasının əsas tədbiri olan Ümumdünya energetika konqresində 120 ölkədən 10 mindən çox nümayəndənin iştirak edəcəyi gözlənilir. Tədbirdə dünyanın energetika sahəsinin liderləri, aparıcı ekspertlər və alimlər energetika sektorunun inkişafı sahəsində ən vacib məsələləri müzakirə edəcək və bu sahənin gələcəyi barədə geniş fikir mübadiləsi aparacaqlar.
Növbəti Ümumdünya energetika konqresi 2022-ci ilin iyun ayında Rusiyada keçiriləcək
Oxunub: 255