Əməkdar artist Nüşabə Əlsəgərli "Səhər-səhər" verilişinin qonağı olub.
Obyektivxeber.info-ın məlumatına görə, proqramda əməmkdar artist Gülbahar Şükürlünün həyat yoldaşı Zahid bəyin ölümündən danışılıb. Bildirilib ki, mərhumun heç bir xəstəliyi olmayıb və qəfildən dünyasını dəyişib.
Ələsgərli isə özünə onun kimi ölüm arzuladığını deyib:
"Özümə bilirsiz nə arzulayıram? Onun kimi ölüm arzulayıram. Ölüm gec-tez hamı üçün var. Kim deyir qalacaqsan? Qalmaq da lazım deyil. Əzizlərim getsin, mən qalım? Nə edirəm qalmağı.
Fikirləşirəm ki, o biri dünya da var. Ora buradan çox-çox qəşəngdir. Onu görsə, hamı ölmək istəyər".