"Efirə gəldiyim üçün hamı məni qınayacaq. Zahid öləndə hər şeyi atdım. Hətta qarmonu da tulladım ki, mənə lazım deyil".
Obyektivxeber.info-ın məlumatına görə, bu sözləri əməmkdar artist Gülbahar Şükürlü "Səhər-səhər" verilişində deyib.
Bir neçə ay əvvəl həyat yoldaşını itirən qarmon ifaçısı yasdan sonra ilk dəfə efirə çıxıb. Gülbahar veriliş boyunca əri ilə bağlı xatirələrini bölüşüb. O bildirib ki, mərhum tez-tez yuxusuna girir.