Müğənni Səidə Sultan sosial şəbəkədə paylaşılan açıq-saçıq videolara üsyan edib.
Obyektivxeber.info-ın məlumatına görə, İnstaqramında bu haqda paylaşım edən sənətçi bunları yazıb:
"Allah belə şərəfsizlərə, qeyrətsizlərə, bilərəkdən bu millətin pisliyini istəyənlərə, bu millətə pislik edənlərə, öz yaşayışlarından xəbəri olmayanlara, millətini sevməyənə min lənət olsun.
Sizcə, bu düzgündür? Pornoları, söyüşləri İnstaqrama çıxardırlar? Əvvəl belə hallar İnstaqram səviyyəsində olmurdu. Belə səhifələri şikayət edin".