Valyuta məzənnəsi

Teymur Mustafayevin dəfnində iştirak edən 7 nəfər cərimələnib

Tarix:13-06-2020, 22:52

Teymur Mustafayevin dəfnində iştirak edən 7 nəfər cərimələnib

Xalq artisti Teymur Mustafayevin dəfn mərasimində iştirak edərkən xüsusi karantin rejiminin qaydalarını pozan 7 nəfər cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev APA-ya bildirib ki, dəfn vaxtı orada təqribən 30 nəfər şəxs olub: “Onların əksəriyyəti mərhumun yaxın qohumları və doğmaları olub. Həmin şəxslərdən 7 nəfərinin karantin qaydalarını pozduqları müəyyən edilib və barələrində inzibati xətalar məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar”.

Teymur Mustafayevin dəfnində iştirak edən 7 nəfər cərimələnib

YeniAN.info

Oxunub: 385



XƏBƏR LENTİ