Valyuta məzənnəsi

Səhnəmizin Teymur əmisi - Teymur Mustafayev bu gün koronavirusdan vəfat edib

Tarix:11-06-2020, 22:29

Səhnəmizin Teymur əmisi - Teymur Mustafayev bu gün koronavirusdan vəfat edib

Xalq artisti Teymur Mustafayev - səhnəmizin Teymur əmisi koronavirusdan dünyasını dəyişib.

TƏBİB-dən YeniAN.info-ya verilən xəbərə görə, 04.06.2020-ci il tarixində "Yeni Klinika" tibb müəssisəsinə 1939-cu il təvəllüdlü Mustafayev Teymur Ağaxan oğlu TTY ilə evdən ikitərəfli COVID-19 pnevmoniyası, kəskin tənəffüs çatışmazlığı, ağciyər-ürək çatışmazlığı, şəkərli diabet II tip ağır klinik gedişli, hər iki aşağı ətrafın işemiyası diaqnozu ilə ağır vəziyyətdə gətirilib və reanimasiya şöbəsinə daxil olub: "Daxil olan kimi xəstəyə müvafiq müayinələr olunub. Tənəffüs çatmazlığı və xəstədə hemodinamiki göstəricilərdə pozğunluqlar dərinləşdiyindən təcili intubasiya olunaraq süni ventilyasiya aparatına qoşulub. Həkim İnfeksionistin təyinatı ilə xəstəyə COVID-19-a qarşı antibakterial, antiviral müalicəyə başlanılıb. Həkimlərin səyinə baxmayaraq, 11.06.2020-ci il tarixdə 15:30-da bioloji ölüm qeyd olunub".

Xalq artistinin cənazəsi sabah tezdən doğulduğu Cəlilabadın Alar kəndinə aparılacaq və orada dəfn ediləcək. Xatirladaq ki, T.Mustafayevin həyat yoldaşı və oğlu da orada dəfn olunub. O, onların yanında torpağa tapşırılacaq.

TƏBİB-dən o da bildirilib ki, Xalq artisti Teymur Mustafayev COVID-19-dan ölən bütün xəstələr kimi xüsusi qaydalar əsasında dəfn ediləcək.

Dəfndə məhdud sayda insanın iştirakına icazə veriləcək.

Səhnəmizin Teymur əmisi - Teymur Mustafayev bu gün koronavirusdan vəfat edib


YeniAN.info

Oxunub: 331



XƏBƏR LENTİ