Valyuta məzənnəsi

Aftandil İsrafilov vəfat edib

Tarix:29-04-2023, 17:49

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Tanınmış qarmon ifaçısı, Xalq artisti, "Şöhrət” ordenli Aftandil İsrafilov vəfat edib.
Bu barədə YeniAN.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Aftandil İsrafilov 1941-ci il yanvarın 24-də Bakı şəhərində anadan olub. İfaçılıq sahəsində öz dəsti-xətti olan sənətkar yaratdığı musiqi parçaları ilə milyonların qəlbini fəth edib.
O, 1961-ci ildə Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Univetsiteti) mülki tikinti fakültəsinə qəbul olub. Qarmona olan marağı onun təhsilini yarımçıq qoyaraq həyatını musiqiyə həsr etməsinə səbəb olub.
A.İsrafilov "Azkonsert"in tərkibində ansambl yaradaraq bədii rəhbərliyini həyata keçirir. Aftandil İsrafilov 1970-ci ildə Zeynəb Xanlarova ilə birgə Türkiyədə qastrol səfərindən sonra onun ansamblının tərkibində dünyanın dörd bir yanında Azərbaycan musiqisinin təbliği ilə bağlı silsilə konsertlərdə çıxış edir.
Aftandil İsrafilov dinləyicilərin qəlbində silinməz izlər buraxmış ”Zemfira”, "Kəmalə”, "Nazilə”, "Aynurə", "Jalə", "Basqalı" kimi 100-ə qədər musiqi havasının müəllifidir.
Aftandil İsrafilov Azərbaycan ifaçılıq məktəbinin inkişafındakı müstəsna xidmətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına, 2016-cı ildə "Şöhrət” ordeninə layiq görülmüşdür. O, 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.
Tanınmış musiqiçi, gözəl insan Aftandil Eynulla oğlu İsrafilovun əziz xatirəsi onu tanıyanların, həmkarlarının qəlbində əbədi yaşayacaqdır.Tale ona qarmonla sevilən sənətkar ömrü yazıb

Allah rəhmət eləsin!

Oxunub: 20



XƏBƏR LENTİ
Heydər Əliyevin adına parkın salınması üçün “Odlar-Yurdu” Mərkəzi və Nevinnominsk şəhəri arasında inkişaf edən əməkdaşlıq”
YAŞAR ŞİRVANİ – 65
XİN rəhbəri: “Vaşinqtonda sülh danışıqları üzrə razılaşdırılmış maddələrin sayı artıb”
Roma Papasının nümayəndəsi bu gün Kiyevə səfər edəcək
Ermənistan XİN rəhbəri: “Qarabağın statusu ilə bağlı danışıqlar aparmağa iddialı deyilik”
XİN rəhbəri: “Bəzi tərəflərin yanaşması sülh prosesi üzrə razılığın tez əldə olunmasına xidmət etmir”
Qazi Əbülfət Kərimov təltif olundu
Xalq şairi Səməd Vurğunun anım günüdür
Terror törətməyə hazırlaşan erməni diversantlar barədə Baş Prokurorluq və DSX-nin BİRGƏ MƏLUMATI
Dünya liderlərindən İlham Əliyevə təbrik məktubları
Yavər Rüstəmov Ad gününüz mübarək!
Azərbaycanın Müstəqillik Günü
Ana vətən partiyasının Abşeron rayon təşkilatının sədri Elçin Quliyev ilə Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye arasında görüş keçirilib
Metyu Brayza: Paşinyan sülh sazişinin imzalanmasını istəyir, ancaq qorxur
Füzulidə içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməli qoyulub
Serbiyada 8 nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Ukrayna daha 80 hərbçisinin meyitini geri qaytarıb
Siyəzəndə istirahət mərkəzi yandı FOTOLAR
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanları buraxılıb FOTO