Gənc Tamaşaçılar Teatrının aktrisası Səbinə Məmmədova ədəbiyyatın təbliğatı üçün orijinal addım atıb.
Obyektivxeber.info xəbər verir ki, aktrisa yazıçı Pərvinin yeni hekayəsi "Hava limanı"ndan bir parçanı oxuyub və izləyicilərini "525-ci qəzet"in sabahkı şənbə nömrəsini almağa çağırıb.
Qeyd edək ki, Səbinə Məmmədova Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı səhnəsində Leyli, Gövhərtac, müxtəlif uşaq tamaşalarında Dəcəl Keçi, Şıltaq Qırmızı Papaq obrazlarını canlandırıb.
Müxtəlif seriallarda da qeyri-adi obrazlar yaradan aktrisa şəxsi İnstaqram səhifəsində gerçək sənətin, kitabın, ədəbiyyatın təbliğatı üçün ara-sıra bu cür video-çağırışlar edir.