Valyuta məzənnəsi

Azərbaycanda sərxoş qadın müğənni qəzada öldü - VİDEO

Tarix:12-03-2019, 12:32

Azərbaycanda sərxoş qadın müğənni qəzada öldü - VİDEO
Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə ONA məlumat yayıb.

Quba rayon sakini Paşayeva Şəhla Nadir qızı “KİA” markalı avtomobillə paytaxtdan Abşeron rayonunun Masazır qəsəbəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə, avtomobil yol kənarındakı beton arakəsməyə və ağaca çırpılıb.

Deformasiyaya uğramış avtomobildə ağır xəsarətlər alan Ş.Paşayeva yerindəcə keçinib.

Hadisə yerinə Abşeron rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Müəyyən olunub ki, sürücü spirtli içkinin təsiri altında avtomobili idarə edirmiş.

Bildirilir ki, Ş.Paşayeva müğənni kimi fəaliyyət göstərirmiş.

Oxunub: 242



XƏBƏR LENTİ