Valyuta məzənnəsi

Keçmiş məhkumdan üç kiloqramdan çox heroin və tiryək götürülüb

Tarix:11-02-2019, 12:08

Keçmiş məhkumdan üç kiloqramdan çox heroin və tiryək götürülüb
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının paytaxtın Yasamal rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş İ.Vəliyevdən 1 kiloqramdan artıq heroin və 2 kiloqramdan çox tiryək aşkarlanaraq götürülüb.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, faktla bağlı cinayət işi başlanıb. İstintaq və əməliyyat tədbirləri aparılır.
Oxunub: 355



XƏBƏR LENTİ