Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında əvvəllər məhkum edilən S.Əliyevin Xaçmaz şəhərində yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 150,316 qram heroin, 1 kiloqram 85 qram marixuana və 51,403 qram metamfetamin aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri aparılır.
Oxunub: 289