Valyuta məzənnəsi

Iki gün davam edən Alpaqut üzrə V Azərbaycan çempionatı başa çatdı

Tarix:11-03-2019, 18:35

Iki gün davam edən Alpaqut üzrə V Azərbaycan çempionatı başa çatdı

40-a yaxın komandanın qatıldığı yarış gərgin idman mübarizəsi şəraitində keçıb.
Azərbaycan Alpaqut Federasiyası Mətbuat Xidmətinin yaydığı məlumata görə Şağan İdman Olimpiya Kompleksində baş tutan Alpaqut Turan döyüş sənəti üzrə V Azərbaycan çempionatı martin 9-da start götürmüşdü.
Yarışa Azərbaycan Alpaqut Federasiyasının 40-a yaxın Filialı komanda şəklində təmsil olunmuşlar. Bundan başqa bu yarışda ilk dəfə olaraq Polis Akademiyası da komanda olaraq qatılımışlar.
Bütün yaş qruplarında 400-ə yaxın idmançı Alpaqut Turan döyüş sənətinə daxil olan Aypara, Batur, Caymaz və Qurşaq sistemləri üzrə medallar uğunda mübarizə aparıblar.
Elə həmin gün çempionatının açılış mərasimi oldu. Təntənəli açılış mərasimi dövlət himnimizin oxunuşu ilə başladı. Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev çıxış edərək yarışı açıq elan etdi. Sonra çıxış edən Gənclər və İdman Nazrliyinin nümayəndəsi Firudun Paşayev, Beynəlxalq Turan Oyunları Komitəsinin sədri Fərid Əlizadə, Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Alpaqut Turan döyüş sənətinin müəllifi Kutsan Vasif Namazov çıxış edərək idmançılara uğurlar arzu etdilər.
Həmçinin yarışa qatılan xanım idmançılar 8 mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə Federasiya rəhbərliyi tərəfindən təltif edildilər.
Rəsmi və bədii hissədən sonra yarışa start verildi.
Çempionatin ikinci gün isə, final oyunları ilə yarış davam etdirildi.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışın nəticələrinə görə komanda hesabı ilə Aypara sistemi üzrə 1-ci yeri Suraxanı, 2-ci yeri Sabunçu, 3-cü yeri Ağdam, Batur sistemi üzrə 1-ci yeri Laçin, 2-ci yeri Şəmkir, 3-cü yeri Polis Akademiyası, Caymaz sistemi üzrə 1-ci yeri Mingəçevir, 2-ci yeri Kəlbəcər, 3-cü yeri Ağcəbədi, Qurşaq sistemi üzrə isə 1-ci yeri Laçin, 2-ci yeri Polis Akademiyası, 3-cü yeri Ağcəbədi komandaları tutdular.
Yekunda isə qalib idmançılar diplom və medallarla, komandalar isə kuboklarla təltif edildilər.
Iki gün davam edən Alpaqut üzrə V Azərbaycan çempionatı başa çatdı
Iki gün davam edən Alpaqut üzrə V Azərbaycan çempionatı başa çatdı
Iki gün davam edən Alpaqut üzrə V Azərbaycan çempionatı başa çatdı
Iki gün davam edən Alpaqut üzrə V Azərbaycan çempionatı başa çatdı

Oxunub: 340



XƏBƏR LENTİ