Valyuta məzənnəsi

Naxçıvan məktəbliləri İçərişəhərlə tanış olublar

Tarix:24-03-2019, 13:44

Naxçıvan məktəbliləri İçərişəhərlə tanış olublar
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Bakıya gələn Naxçıvan məktəbliləri martın 23-də İçərişəhərlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, naxçıvanlı məktəblilərdən, müəllim və bələdçidən ibarət qrupa əvvəlcə Qız qalası barədə məlumat verilib. Şagirdlər Qız qalası abidəsinin qeyri-adi memarlıq xüsusiyyətləri barədə ətraflı məlumatlandırılıb. Bildirilib ki, hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Məktəblilərə Qız qalasında konservasiya işlərindən sonra yaradılan muzey ekspozisiyası barədə də məlumat verilib.

Naxçıvan məktəblilərinə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlıq və bərpa işləri barədə də məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarix-memarlıq abidələri qorunub saxlanılır. İçərişəhərlə tanışlıq orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şirvanşahlar Saray Kompleksini ziyarətlə davam etdirilib. Dərsliklər vasitəsilə tanış olduqları bu sarayı görmək məktəblilərdə Azərbaycan tarixinə marağı daha da artırıb.

Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək tarix-memarlıq üstünlüyünü saxlamaqdadır.

İçərişəhərlə tanışlıq şagirdlərdə zəngin təəssürat yaradıb.
Oxunub: 376



XƏBƏR LENTİ
“Azərbaycan azsaylı dövlətlərdəndir ki, uzaqgörən və qətiyyətli siyasi liderə malikdir” - Təmraz Tağıyev
Əliyevlə Paşinyan nəyi müzakirə ediblər?
Fotonun içindəki foto...
4 yaşlı uşaq kirayə tutduqları villanın hovuzunda boğuldu
Məktəblərdə rus bölmələrinin bağlanması məsələsinə nazirdən - Münasibət
Nazir: "Sertifikasiya prosesi zamanı beş nəfər imtahana telefon keçirmək istəyib"
Erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
Şəmkirdə müəlliməni məktəbdən qaçıran dəstə azadlığa buraxıldı
Əbu-Dabi görüşündə diqqətçəkən MƏQAM - Mustafayev və Qriqoryan da iştirak edirlər
Əbu-Dabidə İlham Əliyevin Nikol Paşinyanla görüşü başlayıb
Ötən gün 28 nəfər Almaniyadan Azərbaycana readmissiya olunub
Onkologiyada inqilab: Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
Azərbaycan neftinin qiyməti 75 dolları ötüb
Saraydan sonrakı həyat: Harri və Meqan xərcləri azaltmaq üçün əməkdaşları işdən çıxarırlar
Ceyhun Bayramov diplomatları peşə bayramı münasibətilə təbrik edib
Şəmkirdə 39 yaşlı kişi küçədə bıçaqlandı
Qvatemalada güclü zəlzələ: İki nəfər öldü, yüzlərlə yaralı var
Vətən müharibəsindən sağ qayıtsa da, bir iynənin qurbanı oldu - Sübhanın ölümündə günahkar kimdir?
Klublararası dünya çempionatında son finalçı bəlli olur: PSJ "Real Madrid"lə üz-üzə