Valyuta məzənnəsi

Avtoservisdən avtomobil oğurlamaqda şübhəli bilinən paytaxt sakini saxlanılıb

Tarix:9-04-2019, 12:50

Avtoservisdən avtomobil oğurlamaqda şübhəli bilinən paytaxt sakini saxlanılıbBinəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə müraciət edən Bakı şəhər sakini R.Əliyev aprelin 7-də günorta saatlarında Ə.Naxçıvani küçəsində yerləşən avtoservisdən “Mercedes” markalı avtomobilin qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən paytaxt sakini Mübariz Abdullayev 5-ci polis bölməsinin və Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Qarayev prospektində avtomobili idarə edərkən saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Oxunub: 262



XƏBƏR LENTİ