Valyuta məzənnəsi

“BMT-ni öyrənərək kəşf et” layihəsi çərçivəsində növbəti görüş keçirilib

Tarix:10-04-2019, 11:59

“BMT-ni öyrənərək kəşf et” layihəsi çərçivəsində növbəti görüş keçirilibAzərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə “BMT-ni öyrənərək kəşf et” layihəsi çərçivəsində növbəti görüş keçirilib. Görüşdə BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin Azərbaycan üzrə təmsilçisi Rəşad Hüseynov iştirak edib.

AZƏRTAC ATGTİ-nin saytına istinadla xəbər verir ki, əvvəlcə ATGTİ-nin baş katibi Ramin Həbibzadə nümayəndəliyin rəhbəri ilə görüşərək, layihə ətrafında və gələcək tərəfdaşlıqla bağlı bəzi müzakirələr aparıb. Bununla yanaşı Ramin Həbibzadə, ATGTİ-nin bu günə qədər olan fəaliyyəti və görülən işlər haqqında BMT nümayəndəsinə ətraflı məlumat verib.

Sonra Ramin Həbibzadə görüşdə çıxış edərək layihənin gənclər üçün əhəmiyyətini vurğulayıb və BMT nümayəndəsi Rəşad Hüseynovu tələbələrə təqdim edib.

BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin Azərbaycan üzrə təmsilçisi Rəşad Hüseynov layihənin gənclərə verəcəyi töhfədən bəhs edib. Həmçinin BMT-nin agentlikləri arasındakı əlaqə formalarından və informasiya mübadiləsinin əhəmiyyətindən danışıb. Gənc tələbələrə pedaqoji fəaliyyətindən, qazandığı uğurlardan bəhs edən R.Hüseynov BMT-nin gənclər sahəsində gördüyü işləri və təşkilatda gənclər üçün yaradılmış iş imkanlarını diqqətə çatdırıb.

Tədbirin sonunda Rəşad Hüseynov tələbələri maraqlandıran sualları cavablandırıb.

Oxunub: 218



XƏBƏR LENTİ