Salyan Rayon Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini T.Əzimov ötən il iyulun 16-da hesabında 2164 manat olan sosial sığorta kartını Bakı şəhəri ərazisində itirdiyini və həmin məbləğin hesabından çıxarılaraq oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb və həmin məbləğin Salyan rayonundakı bankomatların birindən çıxarıldığı müəyyənləşdirilib.
DİN-in Baş Cinayət Axtarışı İdarəsinin və Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini V.Zeynalov saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.