Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də və 9-da 2-ci Alatava yaşayış sahəsindəki iki mənzildən qızıl-zinət əşyaları, televizor və digər məişət əşyaları oğurlamaqda sübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırmalarla onun Salyan rayon sakini, əvvəllər dəfələrlə məhkum edilən Ramin Ələsgərov olduğu müəyyənləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Oxunub: 365