Valyuta məzənnəsi

“Azərtac” və AzTV-nin əməkdaşları Kəlbəcərdə minaya düşərək-HƏLAK OLDULAR

Tarix:4-06-2021, 13:18

“Azərtac” və AzTV-nin əməkdaşları Kəlbəcərdə minaya düşərək-HƏLAK OLDULAR

Azərbaycanda jurnalistlər minaya düşüb.

YeniAN.az Etikxeber.az-ın məlumatına istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mətbuat katibi Nigar Etibar bildirib.

“Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

AzTV-nin rejissoru Emil Məmmədov, avtobusun sürücüsü və kənd sakini yaralanıb.

Baş verən hadisə erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsidir.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC adından hər iki həmkarımızın ailəsinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan rəhmət diləyirik!”
– deyə, o, qeyd edib.

Hər iki həmkarımızın ailəsinə dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!


YeniAN.az

Oxunub: 186



XƏBƏR LENTİ