Valyuta məzənnəsi

“Xocalı soyqırımı – 30” adlı elektron daycest hazırlanıb

Tarix:23-02-2022, 20:01

“Xocalı soyqırımı – 30” adlı elektron daycest hazırlanıb

Xocalı soyqırımının otuzuncu ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına və Mədəniyyət Nazirliyinin Tədbirlər Planına uyğun keçirilən tədbirlərin davamı olaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Xocalı soyqırımı – 30” adlı elektron daycest hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron daycestdə (“digest” ingilis dilindən tərcümədə “xülasə”, “toplu” mənasını verir) Xocalı soyqırımı ilə bağlı 2017-2022-ci illərdə (fevral ayına qədər) dövri mətbuat səhifələrində dərc edilmiş məqalələr yer alıb.

Daycestin hazırlanmasında əsas məqsəd geniş istifadəçi kütləsini baş vermiş faciə və Vətən müharibəsi zamanı əldə etdiyimiz Qələbə haqqında materiallarla tanış etməkdən iba¬rətdir. Daycestdə məqalələr illər üzrə, daxildə isə əlifba ardıcıllığı ilə verilib.

Elektron daycestlə tanış olmaq istəyənlər http://anl.az/down/Xocali_daycest_2022.pdf linkindən istifadə edə bilərlər.

YeniAN.az

Oxunub: 110



XƏBƏR LENTİ