Valyuta məzənnəsi

Ankarada Azərbaycan Evində Xocalı soyqırımı ilə bağlı panel keçirlib

Tarix:26-02-2022, 19:00

Ankarada Azərbaycan Evində Xocalı soyqırımı ilə bağlı panel keçirlib

Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Azərbaycan Evindəki Şuşa Konfrans salonunda panel müzakirə təşkil olunub.

Azərbaycanın Türkiyədəki səfirliyi və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADƏHF) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rəsmi şəxslər, alimlər, Ankara ictimaiyyətinin tanınmış simaları, yerli sakinlər iştirak ediblər.

YeniAN.az xəbər verir ki, əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimin açılışında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri professor Aygün Attar, Ankara Universitetinin rektoru Necdet Ünüvar və başqalarının çıxışları dinlənilib.

Professor Yıldız Devecinin sədrliyi ilə keçirilən paneldə professor Zakir Avşar, doktor Ünsal Dönməz, Xocalı soyqırımının şahidlərindən Mais Həsənov və “Xocalıya ədalət!” kampaniyasının Türkiyə təmsilçisi Gözdə Kılıç Yaşın çıxışlarında 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birliklərinin Xocalıda törətdikləri bəşəri cinayətin soyqırımı aktı olduğunu təsdiq edən mühakimələrini bölüşüblər. İndiyədək beynəlxalq aləmdə Xocalı soyqırımının tanıdılması istiqamətində görülən işlər və qaşıda duran vəzifələr barədə müzakirələr aparılıb.

Xocalı soyqırımını əks etdirən film nümayiş edilib eyni mövzulu sərgi təşkil olunub.

Ankarada Azərbaycan Evində Xocalı soyqırımı ilə bağlı panel keçirlib
Ankarada Azərbaycan Evində Xocalı soyqırımı ilə bağlı panel keçirlib

Sevil Hilalqızı Ünal

Oxunub: 182



XƏBƏR LENTİ