Valyuta məzənnəsi

Türkiyədə “Qarabağ Zəfərindən sonra Xocalı soyqırımının dəyərləndirilməsi” adlı videokonfrans keçirilib

Tarix:1-03-2022, 20:27

Türkiyədə “Qarabağ Zəfərindən sonra Xocalı soyqırımının dəyərləndirilməsi” adlı videokonfrans keçirilib


Türkiyənin Uşak Universitetinin təşkilatçılığı və Azərbaycanın Türkiyədəki səfirliyin dəstəyi ilə “Qarabağ Zəfərindən sonra Xocalı soyqırımının dəyərləndirilməsi” mövzusunda videokonfrans keçirilib.

YeniAN.az-ın xəbərinə görə, Azərbaycanın Ankaradakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Ankara Universitetinin rektoru Necdet Ünüvar, Uşak Universitetinin prorektoru Murat Mustafa Öntuğ və başqaları mövzu ətrafında müzakirələr aparıblar.

Çıxışlarda Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı zəfərdən sonra regionda yaranmış yeni geosiyasi vəziyyət yüksək qiymətləndirlib.

Bildirilib ki, Azərbaycan və Türkiyə regionda bütün tərəflərin qarşılıqlı maraqlarını əks etdirən bu vəziyyətin qorunmasında və inkişaf etdirilməsində maraqlıdır. Bunun üçün iki qardaş ölkə geniş imkanlara malikdir.

Çıxışlarda, həmçinin XX əsrin ən ağır faciələrindən sayılan Xocalı soyqırımı barədə fikirlər dinlənilib. Yekdil olaraq ifadə edilib ki, Xocalı soyqırımı xalqlarımızın qan yaddaşıdır. Bu faciə unudula və unutdurula bilməz.

Türkiyədə “Qarabağ Zəfərindən sonra Xocalı soyqırımının dəyərləndirilməsi” adlı videokonfrans keçirilib
Türkiyədə “Qarabağ Zəfərindən sonra Xocalı soyqırımının dəyərləndirilməsi” adlı videokonfrans keçirilib
Türkiyədə “Qarabağ Zəfərindən sonra Xocalı soyqırımının dəyərləndirilməsi” adlı videokonfrans keçirilib

YeniAN.az

Oxunub: 99



XƏBƏR LENTİ