Valyuta məzənnəsi

Putin özünün və Medvedevin maaşını artırdı

Tarix:7-10-2019, 12:23

Putin özünün və Medvedevin maaşını artırdıRusiya Prezidenti Vladimir Putin özünün və Baş Nazir Dmitri Medvedevin maaşını artırıb.
Bizimyol.info xəbər verir ki, TASS-ın məlumatına görə, Prezident bununla bağlı fərman imzalayıb. Fərmana əsasən, dövlət başçısı ilə Baş Nazirin maaşı 4,3% artıb.
Qeyd edək ki, Putin ötən il 8,65 milyon rubl, Medvedev isə 9,9 milyon rubl gəlir əldə edib.
Bundan başqa, Rusiyanın bir sıra dövlət qurumlarının başçılarının da maaşı artıb.
Söhbət Müdafiə, Fövqəlarə Hallar, Daxili İşlər nazirlikləri, Federal Təhlükəsizlik Xidməti, “Rosqvardiya”, Baş Prokurorluq və İstintaq Komitəsindən gedir. Siyahıya, həmçinin Xarici Kəşfiyyat Xidməti və Dövlət Feldyeger Xidməti də daxildir.

Oxunub: 295



XƏBƏR LENTİ