Rusiyanın baş naziri Dmitri Medvedev Avrasiya İttifaqı Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Ermənistana səfər edəcək.
Obyektivxeber.info erməni KİV-lərinə istinadən xəbər verir ki, səfər aprelin 29-na planlaşdırılıb.
Medvedevin İrəvanla yanaşı Gümrü şəhərində olacağı, orada Rusiyanın 102-ci bazasının hərbçiləri ilə görüşəcəyi bildirilir.