Valyuta məzənnəsi

Özbəkistan prezidenti Azərbaycana gəlir

Tarix:8-10-2019, 13:00

Özbəkistan prezidenti Azərbaycana gəlirÖzbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabr ayında Azərbaycana səfər edəcək.
Bunu Özbəkistan parlalamentinin yuxarı palatasının sədr müavini Sadık Safayev deyib.
Prezident Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammitində iştirak edəcək. Bu, Ş.Mirziyoyevin prezident qismində Azərbaycana ilk səfəri olacaq.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti oktyabrın 14-15-də keçiriləcək. Sammit çərçivəsində, həmçinin biznes-forum təşkil olunacaq.

Oxunub: 376



XƏBƏR LENTİ