Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 31 nəfər ölüb.
YeniAN.info APA-nın yerli bürosuna istinadən xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.
Nazir qeyd edib ki, son 24 saatda 25141 şübhəli koronavirus testindən keçib, onlardan 1158-nin cavabı pozitiv çıxıb.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 401171 nəfər ölüb, 150593 nəfər bu infeksiyaya yoluxub, 111577 nəfəri isə müalicə olunub.
Bu gün 1615 xəstə evə buraxılıb.
YeniAN.info