Valyuta məzənnəsi

Aleksey Navalnı komadan ayılıb

Tarix:7-09-2020, 23:30

Aleksey Navalnı komadan ayılıb

Rusiya müxalifətinin lideri Aleksey Navalnı komadan çıxıb və həkimlər onu süni tənəffüs aparatından ayırıblar.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Charite” klinkasından bildirilib.

Müxalifət liderinin səhhəti sabit-ağır olaraq qalır.

Qeyd edək ki, A.Navalnı avqustun 20-də təyyarədə özünü pis hiss etdiyi üçün Omskda xəstəxanaya yerləşdirilib. Bir müddət sonra onu Almaniyaya aparıblar. Almaniya hökuməti A.Navalnının qanında “Noviçok” adlı zəhərli maddənin aşkarlandığını açıqlayıb.

YeniAN.info

Oxunub: 174



XƏBƏR LENTİ