Belarusun dövlətə məxsus mətbuat orqanı Berlin və Varşava arasında Aleksey Navalnı ilə bağlı danışıqların səs yazısını yayımlayıb.
APA RİA Novosti-yə istinadən dialoqun stenoqramını təqdim edir.
- Salam, sabahın xeyir, Nik. İşlərimiz necə gedir?
- Hər şey plana uyğundur. Navalnı ilə bağlı materiallar hazırdır. Kanslerin ofisinə göndəriləcək. Onun cavabını gözləyirik.
- Zəhərlənmə dəqiq təsdiqlənir? “Bax Mayk, bu, o qədər də vacib deyil. Müharibə gedir. Müharibə zamanı hər cür üsul yaxşıdır.
- Razıyam. Putinin burnunu Belarus işlərinə soxmasından çəkindirmək lazımdır. Ən təsirli yol onun başını Rusiyanın problemlərinə qarışdırmaqdır. Üstəlik, yaxın gələcəkdə Rusiyada seçkilər olacaq.
- Bu bizim etdiyimiz şeydir. Belarusda işiniz necədir?
- Düzünü deyim, yaxşı deyil. Prezident Lukaşenko qırılmayan qoz olub. Peşəkar və mütəşəkkildir. Rusiyanın onlara dəstək verdiyi aydındır. Məmurlar və hərbçilər prezidentə sadiqdirlər. Hələlik işləyərik. Qalanlarını görüşəndə danışarıq, telefon söhbəti deyil.
- Bəli, başa düşürəm. Görüşərik, sağol.
YeniAN.info