Nikol Paşinyan bilərəkdən insanların hissləri ilə oynayır.
Moderaor.az Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan öz teleqram kanalında Paşinyanı sərt tənqid və təhqir edib.
“Bölgələrdə gəzir, adi insanlara yalan danışır, nələrsə vəd edir. Bunun mümkün olmadığını yaxşı bilir, bilərəkdən insanların hissləri ilə oynayır. Paşinyan hər şeyə hazır olan ümidsiz bir narkoman kimi görünür. Sevdiklərinə yalan danışmağa, yalnız istədiyini əldə etmək üçün insanlara qızıl dağları vəd etməyə hazırdır”, deyə Levon Köçəryan yazıb.
Xatırladaq ki, Vayots Dzor vilayətinə səfəri zamanı Paşinyan Qarabağdakı müharibədə ölən erməni əsgərlərinin məzarlarını ziyarət etmək istəyib. Lakin Getap kəndində yerli sakinlərdən biri Paşinyanın qohumunun məzarına yaxınlaşmasına və gül qoymasına icazə verməyib.
YeniAN.az