Gürcüstan Avropa İttifaqının (Aİ) COVID-19 Sertifikat Sisteminə qoşulub.
YeniAN.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani “Twitter”də bildirib.
O vurğulayıb ki, bu, pandemiyaya qarşı mübarizədə önəmli addımlardan biridir və Gürcüstan Qərb dəyərlərinə sadiq olaraq qalır.
Xatırladaq ki, Gürcüstanla yanaşı Moldova, Serbiya və Yeni Zelandiya da adıçəkilən sistemə qəbul edilib.
YeniAN.az