Valyuta məzənnəsi

Ukraynada insanlar sığınacaqlara yerləşib

Tarix:24-02-2022, 20:48

Ukraynada insanlar sığınacaqlara yerləşib

Komendant saatının elan olunduğu Ukraynanın paytaxtı Kiyevdə qapalı qalan dövlət məmuru Cengiz Özdemiroğlu CNN TÜRK canlı yayımına qoşularaq yaşadıqlarından danışıb.

YeniAN.az CNN Türkə istinadən bildirir ki, gərginliyin sürətlə artdığı Rusiya-Ukrayna böhranında qorxular artırdı. Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı xüsusi hərbi əməliyyata başladıqlarını açıqlayıb. Səhər saatlarında başlayan bu isti inkişafla Ukrayna şəhərlərində vətəndaşlar sığınacaqlara çəkilib.

Komendant saatının elan olunduğu Ukraynanın paytaxtı Kiyevdə qapalı qalan dövlət məmuru Cengiz Özdemiroğlu CNN TÜRK canlı yayımına qoşularaq yaşadıqlarından danışıb. Özdemiroğlu, "Hava sahəsinin bağlanması və hava limanlarının bombalanması səbəbindən burada qaldıq. Sirenlə xəbər verirlər, sığınacağa enirik. İndi bir az sakitləşib. Sığınacağı olmayanlar isə metro stansiyalarına gedin” ifadələrdən istifadə etmişdir.

YeniAN.az

Oxunub: 156



XƏBƏR LENTİ