Ukraynanın Təhlükəsizlik Şurası ölkədə fövqəladə vəziyyət rejiminin tətbiq olunması barədə qərar qəbul edib.
YeniAN.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov məlumat verib.
O bildirib ki, Donetsk və Luqansk vilayətləri istisna olmaqla, ölkənin bütün ərazisində fövqəladə vəziyyət rejimi elan edilib. Zərurət yaranarsa, bölgələrdə komendant saatı da tətbiq olunacaq.
A.Danilov, həmçinin qeyd edib ki, Ukraynada səfərbərlik barədə qərar qəbul oluna bilər.
YeniAN.az