Valyuta məzənnəsi

Kiyevdə komendant saatı elan edilib

Tarix:24-02-2022, 21:05

Kiyevdə komendant saatı elan edilib

Rusiyanın hərbi əməliyyatından sonra Ukrayna xalqının təhlükəsizliyini təmin etmək məqsədilə bu gündən etibarən ölkənin paytaxtı Kiyevdə komendant saatı elan edilib.

YeniAN.az CNN Türkə istinadən bildirir ki, Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatı davam edərkən, Ukrayna hökuməti xalqın təhlükəsizliyini təmin etmək üçün paytaxt Kiyevdə komendant saatı tətbiq etmək qərarına gəldiyini açıqlayıb. Qəbul edilən qərar çərçivəsində bu gündən etibarən başlayan komendant saatının saat 07:00-22:00 arasında tətbiq ediləcəyi bildirilib.

Bu qərarın paytaxt sakinlərinin təhlükəsizliyini təmin etmək üçün zəruri addım olduğunu bildirən Ukrayna hökuməti komendant saatı dövründə ictimai nəqliyyatın xidmət göstərməyəcəyini qeyd edib. Eyni zamanda, metro stansiyalarının gecə-gündüz sığınacaq kimi fəaliyyət göstərəcəyi bildirilib və kiyevlilərə müraciət edərək, vaxtında evlərinə qayıtmağa çağırılıb. Bildirilib ki, komendant saatı müddətində vətəndaşlar, xüsusən də mühüm infrastruktur şirkətlərinin işçiləri şəhərə çıxmaq zərurəti yaranacağı təqdirdə şəxsiyyəti təsdiq edən sənədləri özləri ilə aparmalıdırlar.

YeniAN.az

Oxunub: 92



XƏBƏR LENTİ