YeniAN.az CNN Türkə istinadən bildirir ki, Rusiya prezidenti Vladimir Putin Ukraynaya hərbi müdaxilədən sonra açıqlamalar verib. "İndi baş verənlər görülməli olan zəruri tədbirlər idi. Onlar bizə bu şəkildə hərəkət etməkdən başqa seçim qoymadılar", - Putin bildirib. dedi.
Putinin açıqlamalarından başlıqları təqdim edirik: Dünya iqtisadiyyatına zərər verməyəcəyik. Çünki biz sistemin bir hissəsiyik. Beynəlxalq tərəfdaşlarımız bunu dəyərləndirməli və bizi sistemdən atmamalıdırlar. Başqa seçimimiz yox idi. Bizi bu addımları atmağa məcbur etdilər. Bizə qarşı iqtisadi sanksiyalar tətbiq etdilər. İndi baş verənlər lazımi ehtiyat tədbirlərinin görülməsi idi. Bizə bu cür hərəkət etməkdən başqa seçim qoymadılar.
YeniAN.az