Valyuta məzənnəsi

İntihar edən erməni hərbçi keçmiş müdafiə nazirinin qohumudur YENİLƏNİB-2

Tarix:9-03-2023, 19:13

Ermənistanda ötən gün meşədə asılmış vəziyyətdə tapılan əsgərin Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın qohumu olduğu məlum olub.

YeniAN.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri məlumat yayıb.

Məlumata görə, müddətli hərbi xidmət keçən Andranik Ohanyanın Seyran Ohanyanın əmisi nəvəsi olduğu üzə çıxıb.

14:23

Ermənistanda müddətli hərbi xidmət keçən əsgərin meyiti meşədə ağacdan asılmış vəziyyətdə tapılıb.

YeniAN.az məlumat verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Komitədən deyilib ki, hadisə Tavuş vilayətində baş verib.

Faktla bağlı "intihar həddinə çatdırma" maddəsi ilə cinayət işi açılıb.

Əlavə olunub ki, lazımi müayinələr təyin edilib, hərbçinin əsgər yoldaşları dindirilir.

13:13 

Ermənistan Müdafiə Nazirliyi N saylı hərbi hissəsinin hərbçisi Andranik Karoyeviç Ohanyanın meyiti aşkar edilib.

Yerli "Novosti Armenia” saytı xəbər yayıb ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, meyit martın 8-də aşkarlanıb. Məlumat isə bu gün yayılıb.

Faktla bağlı araşdırma aparılır.Ermənistanda intihar edən hərbçi Seyran Ohanyanın qohumu imiş - YENİLƏNİB-1Ermənistanda intihar edən hərbçi eks-müdafiə nazirinin qohumu imiş - Unikal.az

Oxunub: 65



XƏBƏR LENTİ